"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində yer alan model Əli Əkbərə nigeriyalı namizəd gəlib.

Unikal.org-un məlumatına görə, Ebun adlı xanım 23 yaşı olduğunu, iki ildir İstanbulda təhsil aldığını bildirib. Ailəsinin Nigeriyada yaşadığını söyləyən Ebun Əli ilə evlənərsə, Azərbaycanda da yaşaya biləcəyini söyləyib.

Əkbər nigariyalı qızla bağlı fikrində tərəddüd etdiyini və qərarını növbəti verilişdə açıqlayacağını qeyd edib.