Bu gün Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017 beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Qrad Sviyajsk kiçik raket gəmisi və "SB-45 xilasetmə yedək gəmisi Bakıya gəlib.

 
Unikal.org-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.