2011-ci ildə aktrisa Tuba Büyüküstünlə ailə həyatı quran və bu ilin iyununda boşanan aktyor Onur Saylak məhkəməyə müraciət etməyə hazırlaşır.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor əkiz qızları Maya və Toprakı Tubadan almaq üçün iddia ərizəsi yazıb.

Qeyd edək ki, Onur Saylak hazırda qızları ilə tətildədir. Tuba Büyüküstün isə iş adamı sevgilisi Umut Evirgenlə dincəlir.