Ötən gün Yevlax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

Unikal.org xəbər verir ki, 4-cü mərtəbədə baş vermiş yanğın səbəbindən xəstəxananın həkim heyəti və xəstələr təxliyyə olunublar. Onlar Ağdaş, Mingəçevir və Gəncədəki tibb müəssisələrinə köçürülüblər.

Hadisə yerinə icbari tibbi sığorta üzrə dövlət agentliyinin nəzdində olan tibb müəssisəsində baş verən yanğını işıqlandıran ARB TV-nin çəkiliş qrupuna özlərini xəstəxananın əməkdaşları adlandıran şəxslər hücum ediblər.

Telekanal əməkdaşlarına zor tətbiq edərək,  çəkilişə mane omağa çalışaraq, texniki avadanlıqlara da zərər yetiriblər.