ANS TV-nin iki keçmiş əməkdaşı sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.
Unikal.org xəbər verir ki, Milli Mətbuat Günü ərəfəsində hazırda ABŞ-da yaşayan Aynur Talıbova Ləman Ələşrəfqızını bədbəxt və mətbuatın yengəsi adlandırıb:
"Mən o adamla 4 il əvvəl dəhlizdə, "newsroom"da işləmişəm və heç salamlaşmamışam. Görüntü etibarı ilə hər yerindən bədbəxtlik yağır. O, heç cürə düzəldə bilmədiyi qüsurlu nitqi də imkan verməyib ki, bu özəllikdə olan insanları qəbul edim. Hər şeyin həddi var. Amma həyasızlığın və axmaqlığın yoxdur. Dediyim odur ki, nəzərdə tutduğunuz beyin sahibləri olduqları vizyon dəyərlərindən yola çıxırlar. Fərqində olan isə ümumiyyətlə əlinə qələm almır".
L.Ələşrəfqızının da xanım həmkarına cavabı gecikməyib. O da status yazaraq Aynuru təhqir edib.
"Ans-də işləyəndə biri vardı. İçirdi, lül-qəmbər olurdu,sonra da bağışlayın məni, ərəblər bizim şəhərin küçələrini sulayan kimi, o da gedib rayonlarda bank divarlarını-filanı isladırdı. Kişi olsaydı deyərdin cəhənnəm, bu yaramaz zənən idi. Qovurdular qayıdrdı, qayıdırdı bir də qovurdular.. İndi gedib oturub Amerikada, ağzını qoyub Allah yoluna. Azərbaycanı Danabaş adlandırır. Baxmayaraq ki, danabaşın yekəsi özüdür. Mənim müzakirəmi açıb, amma bir cümləsi ilə özünü möhkəm yandırıb və sübut edib ki, insanın içi paxıllıqla, çirklə-irinlə doludur. Azərbaycanda Ləman qələmi formalaşıb-deyir, məni mətbuatın yengəsi adlandırır. Zavallı qız, sən içib alkaşlıq edəndə mən də qələmimi formalaşdırmışam da. Neynəyəydim? Səninlə rumka-rumkaya vurardım?".