Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin rubrikasının bu dəfəki qonağı güləş üzrə dünya çempionu Rəsul Çunayev olub.

Unikal.org xəbər verir ki, verilişin çəkiliş komandası güləşçinin evində olub. Rəsul Çunayev və ailə üzvləri ilə səmimi söhbət zamanı gülşəçinin anası və atası maraqlı açıqlamalar veriblər. Onlar bildiriblər ki, Rəsul yarışa çıxan zaman həyəcandan onu izləyə bilmirlər.

"Adam elə hislər keçirir ki, izah etmək olmur. Bir neçə dəqiqənin içində ya qalib olur, ya da məğlub. Çox hallarda qalib gəlsə də, məğlub olduğu zamanlarda insan həyəcan keçirir".

İdmançı və ailəsi ilə səmimi söhbət zamanı lentə alınan kadrları sizə təqdim edirik.

Qeyd edək ki, bir müddət əvvəl dünya çempionatına hazırlaşan idmançılar, həmçinin Rəsul Çunayev Gənclər və İdman Nazirliyindən və Güləş Federasiyasından öz narazılıqlarını bildiriblər. Etiraz aksiyasının keçirilməsinə səbəb isə Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyi idi.