Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, 60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə Neftçilər metrosunun dayanacağında baş verib.

Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub. Sərnişin qapının ağzında duraraq, digər sərnişinlərin aşağı düşməsinə imkan verməyib.
 
Sərnişinlərin etirazından sonra o aşağı düşərək sürücü tərəfə gələrək onun aşağı düşməsini tələb edib. O, avtobusun şüşəsinə zərbə də vurub.

Nəticədə hadisə yerinə polis gələrək mübahisə edən iki sərnişindən birini tutub. Sürücüyə hücum edən şəxs isə qaçmağı bacarıb.