Şirvan sakini həyətində qəribə bir heyvan tapıb.

Unikal.org ARB TV-yə istinadla xəbər verir ki, Ağasəməd İbrahimov canlını tutmağa nail olub.

Araşdırmalardan sonra məlum olub ki, bu heyvanın latınca adı "Vurmela perequsna"dı. Nadir ekzotik yırtıcı olan perequsnanın yayılma arealı şimal-qərbi Monqolustan, Çin, Balkan yarımadası Ön Asiya və Qərbi Avropadır.

Yırtıcının gövdəsinin uzunluğu 40 sm-ə yaxın, çəkisi 750 qramdır. Canlıya Aran bölgəsində rast gəlinməsi maraq doğurur. Hazırda yırtıcıya qida kimi qaynadılmış yumurta verilir.

Canlının zooparka və ya həvəskar ekzotik heyvan kolleksiyaçılarına verilməsi nəzərdə tutulub.