Qax rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçiriblər.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun turizm bölgəsində təşkil olunan reyd Baş Dövlət Yol Polisi alayının 5-ci tağımı və Qax rayon Yol Patrul Xidmətinin (YPX) əməkdaşlları tərəfində keçirilib.

Rayonun turizm bölgəsi olan İlisu kəndi ərazisində keçirilən reyd zamanı 100-dən çox avtomobil saxlanılıb. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı protokollar tərtib edilib və onlar cərimələniblər. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub.

Reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər.