Sumqayıtda Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları məktəblilərlə maarifləndirici görüşlər keçiriblər.

Unikal.org xəbər verir ki şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri aşılanıb, onlarla nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb.

Dövlət Yol Polisinin əməkdaşları şagirdləri maraqlandıran müxtəlif suallara aydınlıq gətiriblər. "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində bu kimi tədbirlərin orta məktəblərdə oktyabrın 10-dək davam etdirilməsi nəzərdə tutulur.