Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur.

Unikal.org-un məlumatına görə, avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları yazılıb. Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir.

Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.