Bərdənin Kətəlparaq kəndində 9 yaşlı uşaq fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb.

Unikal.org
report.az-a istinadən bildirir ki, nəticədə 2008-ci il təvəllüdlü Hüseynov İbrahim Vahid oğlu ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, hadisə qonşuluqda yeni tikilməkdə olan evdə baş verib. Hadisə doqquz yaşlı uşaq tikintinin ikinci mərtəbəsində oynayarkən qeydə alınıb.