Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org
lent.az-a istinadən bildirir ki, Qaradağ rayonu ərazisində - Bakı-Ələt yolunda "QazEL" markalı yük maşını yolu keçməyə çalışan kişini vurub. Piyada hadisə yerində vəfat edib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.