Bakıda dələduzluq hadisəsi qeydə alınıb. Yaqub Məlikov adlı paytaxt sakini Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bu ilin mart ayında Elgün Xabarov adlı şəxs ondan külli miqdarda pul alıb.

Unikal.org
Lent.az-a istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, həmin şəxs birgə biznes quracaqlarını vəd edərək ondan 20 min manat alıb və vədinə əməl etməyib. E.Xabarovun pulu qaytarmadığına görə Y.Məlikov polisin məsələyə qiymət verməsini xahiş edib.