Bu gün Xaçmaz şəhərində yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin səbəbi araşdırılır.