İmişli rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Gövhərli kəndində qeydə alınıb.

Belə ki, Naxçıvan sakini Vüsal Vidadi oğlu İbrahimov idarə etdiyi "Hyundai markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini qarşıdakı ekskavatorun arxa hissəsinə çırpıb. Nəticədə "Hyundai avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.