Qaxda qoz ağacından yıxılan 63 yaşlı kişinin qabırğaları sınıb.
Unikal.org apa-ya istindən xəbər verir ki, oktyabrın 8-i axşam saatlarında rayonun Şotavar kəndində, kənd sakini 1954-cı il təvəllüdlü Qeybu Seyfu oğlu Kərimov yaşadığı evin həyətyanı sahəsində qoz yığan zaman ağacdan yıxılıb.
63 yaşlı Qeybu Kərimov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan bildirilib ki, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Qeybu Kərimova döş qəfəsinin sağ payınında qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.