Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib.

Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.