Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə "Azneft dairəsi yaxınlığında qeydə alınıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi "Mitsubishi markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi "Mercedes markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Mitsubishini idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir.