Bakı sakini intihara cəhd edib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon Məhəmməd Hadi küçəsində yaşayan 1979-cu il təvəllüdlü Gündüz Tağıyev özünü asaraq həyatına son qoymaq istəyib. Qohumları onun özünü öldürməsinə imkan verməyib.

Oxşar hadisə Yasamal rayonunda da qeydə alınıb. Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü Tahirə Şabani özünü bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.