Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.
1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.