Bakıda "caucau cinsli it oğurlanıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.
Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, "caucau cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, iti oğurlanan qadın "Bakılı oğlanlar Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.
Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.