Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

Unikal.org Bakupost.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyevin idarə etdiyi "Mercedes markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı nəqliyyat vasitəsinin altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O, işdən evə dönərkən bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, hadisə oktyabrın 8-də, saat 20:00 radələrində qeydə alınıb.

Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.

10:43

Millət vəkili, professor Musa Qasımlının ailəsinə ağır itki üz verib.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki, deputatın bacısı qızı Xalidə Rzayeva faciəli şəkildə vəfat edib. Onu yaşadığı Sumqayıt şəhərində avtomobil vurub.

Allah rəhmət eləsin!