Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov həyətində iş görərkən onu elektrik cərəyanı vurub. O, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.