Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirərək dəmir çəpərə çırpılaraq aşıb.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.