Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "ARB TVyə istinadən xəbər verir ki, Lənkəranın Şürük kəndi ərazisində yol tikinti şirkətində işləyən işçilərə məxsus "Mitsubishi markalı avtomobil idarəetmənin itməsi nəticəsində aşıb.
Bu zaman Kürdəmir rayon sakini 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov xəsarət alıb.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Fakt araşdırılır.