Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Ovculu kəndində 2014-cü il təvəllüdlü Ədilov Balaxan Rüfət oğlu yaşadığı evdə valideynlərin nəzarətindən kənar qalıb və evdəki bitki ziyanvericilərinə qarşı hazırlanmış dərman məhlulunu içib. Azyaşlı zəhərlənmə diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunsa da, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.