ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 60 ünvanında qeydə alınıb.
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus "Honda markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran "Toyota Prado markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.