Bakıda valideyn övladının orta məktəb müəllimi tərəfindən döyüldüyünü iddia edir.

Unikal.org apa-ya istinadən məlumatına görə, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.