Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili aşıb, 7 ədəd yeni BMW markalı minik avtomobili əzilib.

Unikal.org apa-ya istinadən məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, "Mercedes markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. 

Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobilləri əzilib.

Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam respublikasına aparılması nəzərdə tutulub.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.