Səbail Rayon Polis İdarəsinin əməkdaşları dünən axşam metronun "İçərişəhər stansiyası yaxınlığında naməlum cinayətkar tərəfindən bıçaqlanan Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, M.Mədətov ötən gecəni polis bölməsində keçirib.
Hazırda isə o, polis idarəsinin binasındadır.
Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org-a bildiriblər ki, polis M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.
Xatırladaq ki, polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Amma cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.