Xəbər verdiyimiz "Qarabağ"ın futbolçusu Donald Gerryenin ailəsinə ağır itki üz verib.
Unikal.org-un baku.ws-ə istinadən məlumatına görə, futbolçunun azyaşlı qızı ötən gün dünyasını dəyişib. Gerryenin azyaşlı qızının tənəffüz xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğu məlum olub.
2016-cı ilin aprel ayında dünyaya göz açan Miah Manette Gerrye 1 il 6 aydan sonra ailəsini gözüyaşlı qoyub. 2 yaşı tamam olmamış dünyadan köçən qızcığazın görüntülərini oxucularımıza təqdim edirik: