Türkiyənin Muğla vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentrinin Bodrum şəhərindən 10 kilometr məsafədə qeydə alınması bildirilib.
Yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib.
İnsan təlafatı və dağıntılar barədə hələ məlumat daxil olmayıb.