Fransanın məşhur futbolçusu fanatına təpik atdığı üçün cəzalandırıldı.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Marselin oyunçusu Patrice Evra, UEFA Avropa Liqası matçında Vitoria komandası ilə qarşılşmada azərkeşlərə təpik atıb. Klub rəhbərliyi futbolçunun bu hərəkətinə görə onu komandadan uzaqlaşdırıb. Bununla belə, UEFA-da Fransalı futbolçuya sərt cəza verib və təşkilat bununla bağlı bəyanat yayıb.

UEFA-nın bəyanatında bildirilir ki, 36 yaşlı futbolçunun UEFA-nın bütün klub təşkilatlarında 30 iyun 2018-ci il tarixinə qədər futbol oynamasını qadağan edilib və bununla belə Fransız futbolçu 10 min avro cərimələnib.