Azərbaycan Premyer Liqasında XIII turu "Zirə" - "Qarabağ" matçı baş çatıb.

Unikal.org-un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş ilk oyun günündə olduğu kimi məhsuldarlığı ilə seçilib.

"Qarabağ" 12 görüşdən 31 xal toplayaraq, yenidən vahid liderə çevrilib. Ağdam komandasının ehtiyatda "Səbail"lə oyunu da var. "Zirə" isə 13 matçdan 27 xalla 3-cü pillədə qalıb.

Topaz Premyer Liqası, XIII tur
26 noyabr

18:00. "Zirə - "Qarabağ - 2:3

Qol: Vüsal İskəndərli, 51. Riçard Qadze, 67 - Riçard Almeyda, 21. Dino Ndlovu, 26. Mahir Mədətov, 62
Zirə İdman Kompleksinin stadionu
Turun ilk oyun günündə "Qəbələ" səfərdə "Kəpəz"i 6:1, "Neftçi" isə evdə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Eyni zamanda bu gün keçirilmiş "Sumqayıt" - "Səbail" oyunu qolsuz heç-heçə ilə başa çatıb.