Nəriman Nərimanov metrosuna yaxın, şəhərin mərkəzində "Azərbaycan Respublikasının Dünya və Avropa çempionları başlıqlı bilbord qoyulub. Həmin bilbordda isə 5 nəfərin (2 qadın, 3 kişi) fotosu əks olunub.

Buna münasibət öyrənmək üçün bilbordun fotosunu sosial şəəbkədə paylaşaraq müzakirəyə qoyduq. Təbii ki, şəkildəki şəxsləri tanımayanlar, hətta belə bir reklamın düzgün olmadığını deyənlər oldu. Buna baxmayaraq onları tanıyanlar da var idi.

Bilbordda şəkilləri yerləşdirilən həmin şəxslər müzakirəyə çıxarılmaqlarından narahat olub Unikal.org-un redaksiyasına üz tutdular. Özlərini tanıtmaq və bilborddakı reklama münasibət bildirmək üçün söhbətə başladılar.

Natiq Mehdiyev: "Süleyman müəllimin tələbəsiyəm, Hap ki do Federasiyasını təmsil edirəm. Hazırda həm məşqçiyəm, həm də idmançı kimi fəaliyyət göstərirəm. Dördqat dünya və 4 dəfə Avropa çempionuyam. Tələbələrim arasında dünya çempionu, dünya kuboklarının sahibi və Avropa çempionları da var.

Məmmədova Pərvanə: "Uzun illər kikboksla məşğul olmuşam. 15 il ara verdikdən sonra yenidən idmana qayıtdım. Qayıdan kimi 2 ay ərzində budo federasiyasından k-1 üzrə Avrasiya ikincisi oldum. Hazırda da Hap ki Do federasiyasının üzvləriylə dünya çempionatına hazırlaşıram. 1998-ci ildə WAKO versiyasında kikboksda Avropa 3-cüsü olmuşam. 1999-cu ildə isə WAKO versiyasında kikboksda dünya çempionatında 3-cü yeri tutmuşam. 7 dəfə də Azərbaycan çempionuyam.

- Yəqin rəyləri oxumusuz. Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov da bildirib ki, "yalan sohbətdir, heç kim, heç bir qadın idmançı WAKO-da 3-cü yeri tutmayıb.

- O vaxt bizim federasiyanın Prezidenti nə Adil Əliyev, nə Güloğlan Cabbarov.... nə də ki, yanındakılar... O vaxt bir federasiya prezidenti var idi, Azər Həsənsoy... Mənim məşqçim də o zaman Çingiz Eyvazov olub. Zəng edib onlardan mənim haqqımda soruşa bilərsiniz. Mən Eduard Məmmədovla 4 il bir yerdə məşq etmişəm. Onunla da birgə məşqlərdə olmuşam. 1997-ci ildən 2001-ci ilə qədər... 2002-ci ildə idmandan uzaqlaşmışdım.

- Bilbordda "Dünya və Avropa çempionları yazılıb. Siz çempion deyilsiz, amma dediyinizə görə, yarışlarda 2-ci və 3-cü yerləri tutmusunuz.

- Yanımdakılar dünya və Avropa çempionlarıdır. Məhz Pərvanə Məmmədova dünya və Avropa çempionudur deyə bir söz yazılmayıb.

Natiq Mehdiyev müdaxilə edir... - Bizim ölkədə bu versiyada nəticə vermiş qadın idmançı yoxdur axı... O, fəxr ediləsi qızıdır. Belə qızlarla biz fəxr etməliyik. Hazırda burada olmayan Fidan Bayramova da mənim tələbəmdir. Dünya kubokunun qalibidir. Həmçinin kikboksda sonuncu Azərbaycan çempionudur. Hazırda dünya çempionatına hazırlaşır.

Ceyhun Əliyev: Dünya kubookunun və Dünya çempionatının qalibiyəm. Natiq Mehdiyevin tələbəsiyəm. Dəfələrlə Azərbaycan çempionuyam.

Nəriman Cavadzadə: "1996-cı ildən Kunq Fu Federasiyasının tərkibində idmana başlamışam. Bəzi "geydirmə idmançılar kimi yox həqiqətən dı Kunq Fu Sanda üzrə 4 dəfə dünya çempion olmuşam. Avropa çempionuyam , 7 dəfə Azərbaycan çempionatının qalibiyəm. Dünyanın 17-dən çox ölkəsində yarışlarda olmuşam. Hazırda da Kunfu idman növündə döyüşürəm.

- Sizcə şəkillərinizin şəhərin mərkəzində bilborda çıxarılması və o cür təqdim olunması doğrudur?

Natiq Mehdiyev: Mən çempion kimi rəsmi şəkildə varam... Dünya çempionuyam. Bəzi idmançılar kimi Azərbaycan çempionu olmadan gedib yalançı çempionatda döyüşüb demirəm ki, dünya çemopionuyam. Qarışıq idman növlərində Azərbaycan çempionatında 14 dəfə qalib olmuşam. Eləcə də, tələbəm Ceyhun... Biz heç kimi aldatmırıq. İdmançı olmamağımız haqqında kiminsə sözü varsa mənimlə əlaqə saxlaya bilərlər.

- Maraqlanmışıq ki, həmin bilbordlar heç də ucuz başa gəlmir. Bəs o bilbordu kim asıb?

- Onu bizim yaxşı dostlarımızdan biri edib. İdmançılarımız dünya çempionu olanda dostlarımız belə bir hədiyyə etdi. Bilbordu oraya sponsorlar yerləşdirib. Hazırda da Türkiyədə keçiriləcək dünya çempionatına gedirik.

- Əgər orada "bu idmançılarımız dünya çempionatında iştirak edəcək tipli bir reklam olsaydı bu normal qarşılanardı. Həmçinin bu bilbordun arxasında "fastfud reklamı, ön tərəfdə isə sizlərin reklamı var.

Ceyhun Əliyev: Bunu bizə supriz etmişdilər. Yaxın zamanlarda, şəhərin əksər yerlərində bizim şəkillərimizi görə biləcəksiniz.

- Bu xəbəri olmadan çəkilən şəkillər deyil. Siz "stoykada durmusuz və rəsmən poz vermisiniz.

Nəriman Cavadzadə: Doğrudur, şəkillərimiz çəkildi. Bilirdik reklam olacaq. Amma orada nə yazılacağından xəbərsiz idik.

- Haqqınızda danışdınız və azdan-çoxdan məlumat aldım. Amma yenə deyirəm idmançı bu tərzdə reklama çıxmır. Bu gün idman ölkəsiyik olimpiya, Avropa və dünya çempionlarımız var. Eləcə də qeyri-olimpiya növlərində uğur qazanan idmançılarımız çoxdur. Onların heç biri belə reklama üz tutmayıblar. Hər hansı bir yarışı təmsil etmək üçün və ya başqa bir şirkətlə anlaşıb onları reklam edə bilərlər... Siz isə bir baş özünüzü reklam etmisiniz...

Natiq Mehdiyev: Mən o şəkildən utanmıram. Mən Azərbaycan respublikasını təmsil edirəm, fəxr edirəm azərbaycanlıyam. Biz bu şəkillərlə ictimaiyyətə çatdırırıq ki, belə idmançılarımız var.


Redaksiymıza üz tutan idmançılar aidiyyatı qurumlardan narazılıqlarını da dilə gətiriblər.

Nəriman Cavadzadə: 21 ildir idmanla məşğulam hələ də Gənclər və İdman Nazirliyindən idman ustalığını ala bilməmişəm.

Məmmədova Pərvanə: Mən də qadın idmançı olaraq fikrimi bildirim. O, AKF-yə (Azərbaycan Kikboks Federasiyası), eləcə də Güloğlan Cabbarovun özünə bildirin ki, mən 15 ildən çoxdur idmandan ayrılmışam. Bu günə kimi hansı qadın idmançını öz hesabına Avropa və ya dünya çempionatına aparıblar? İndi deyir ki, bizdə elə biri yoxdur... Onlar qadın idmançılara dəstək olmurlar. Qızlara pul ayırılmır ki yarışa getsinlər. 2 ay təlim-məşqə olmuşam pul vaxtı o sinəsinə döyən federasiyadan bildirdilər ki, qızın əvəzinə oğlan apararlar. Qızlar döyüşə bilmədiyi vaxt, mən Eduard Məmmədovla, Azad Əsgərovla, Zaur Məmmədrəhimovla qoşa başa-baş işləyirdim. Onda da rəhbərimiz Adil Əliyev idi. O, həmin vəzifəyə yeni gəlmişdi. Məni tanımırlarsa bu onların günahıdır, mənim deyil. İndi onlara demək istəyirəm ki, mənim pulum olandan sonra hansı federasiya ilə istəyirəm onların tərkibində də yarışa qatıla bilərəm. AKF-nin məni tanımağına ehtiyacım yoxdur. Fidan Bayramova Respublika Çempionu oldu. İki ay bundan əvvəl yerli çempionatdan sonra kikboksçular Neapoldakı Dünya çempionatına getdilər. Onu aparmadılar. Pul verən olmadığı üçün onu yarışa göndərmədilər.

Aygün İlqarqızı