Türkiyənin paytaxtı Ankarada polisə silahlı hücum olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Göybaşı rayonunda dayandırılan avtobusda yoxlama zamanı şəxsiyyətini müəyyənləşdirmək üçün nəqliyyat vasitəsindən düşürdülən sərnişinlərdən biri qəflətən polisə atəş açaraq qaçıb.

Polis əməkdaşlarından biri ağır yaralanaraq xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Şübhəlinin saxlanılması üçün əməliyyat aparılır.