Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Taher əl-Ukaylinin olduğuavtomobil minaya düşüb.

Unikal.org-un məlumatına görə,bu barədə "RİA Novosti" Yəmən hərbi mənbəyinə istinadən xəbər verir.

HadisəSəudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Habb ya Əş-Şəəf rayonunda baş verib və qolundan yaralananəl-Ukayli xəstəxanaya çatdırılıb.

Avtomobildə onunla birgə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi də partlayış nəticəsindəsağ qalıb.