İşğalçı Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəminində insidentlər artmaqda davam edir.

Unikal.org ordu.az-a istinadən xəbər verir ki, bu günlərdə düşmən ordusunda daha bir cinayət hadisəsi baş verib. Sailyan soyadlı hərbi qulluqçu mübahisə etdiyi xidmət yoldaşı tərəfindən avtomatın qundağı ilə döyülüb.

Komandanlıq tərəfindən hadisənin gizlədilməsi məqsədilə sifət nahiyəsi göyərən Sailyan əsgər yataqxanasında nəzarətdə saxlanılır.