ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Los-Anceles polisinin "tvitter hesabında bildirilir.

Məlumata görə, Santa-Klarita yaşayış məntəqəsində baş verən atışmada azı 4 nəfər ölüb.

Yerli sakinlərə əraziyə yaxınlaşmamaq tövsiyə edilib. Polis faktla bağlı araşdırmalara başlayıb.