Ayda olmuş amerikalı kosmonavt , "Şattl kosmik gəmisinin ilk uçuşuna rəhbərlik etmiş Con Yanq 88 yaşında vəfat edib. 

Unikal.org Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə NASA-nın məlumatında bildirilir.

Con Yanq kosmosa, ümumilikdə, 6 dəfə uçub. O NASA-ya 42 il xidmət edərək, qurumun ən qocaman əməkdaşı olub.