İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 21 nəfər xəsarət alıb.

Unikal.org İran mətbuatına  istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar gündüz saatlarında Kermanşah əyalətinin Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.