İran hakimiyyəti ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan edib.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters ölkənin Təhsil Nazirliyinin məmuru Mehdi Navid-Ədhəmə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölkənin ali dini rəhbəri Əli Hüseyni Xamenei bildirib ki, ingilis dilinin erkən öyrənilməsi qərb "mədəniyyətinin ekspansiyasına yol açır.
"Dövlət və qeyri-dövlət ibtidai məktəblərində ingilis dilinin rəsmi cədvəl üzrə təıdrisi qanun və normativ aktları pozur, - İranın Ali Təhsil Şurasının rəhbəri Mehdi Navid-Ədhəm deyib.