İtaliyanın Mantuya şəhəri yaxınlığında məktəbliləri aparan avtobus aşıb.
Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 23 nəfər xəsarət alıb.
Qəzaya uğrayan avtobusda ümumilikdə 50-yə yaxın ibtidai sinif şagirdi olduğu bildirilib.
Qeyd olunur ki, qəzaya sürücünün özünü pis hiss etməsi səbəb olub.