Bu gün xalq artisti Gülcahan Güləhmədova-Martınova dünyasını dəyişib.
Unikal.org bildirir ki, yaxınlarının olke.az-a verdiyi məlumata görə xalq artisti xəstəlik nəticəsində, 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gülcahan Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.
Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.