Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva "Bizimləsən" verilişində qonaq olub.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi efirdəki qalmaqallı açıqlaması diqqət çəkib. O, kanalların onu verilişə çağırmamasından şikayətlənib: "Telekanallar deyir, zəng vurmursunuz, Zeynəb xanım. Bax, mən niyə zəng etməliyəm. Allaha şükür, xalq da, sənət aləmi də məni tanıyır. Avtomobil qəzasından sonra çəkdilər verdilər. Amma istəmədim onunla gündəmə gəlim. İndi məndən efirə çıxmaq üçün pul istəyirlər. Elə kanallar var ki, deyir ödənişlidir. Elə qiymət oxuyurlar ki... Ora ancaq gündə bir sponsor tapan qızlar gələ bilər, biz yox".