Hələ də əvvəlki qədər cazibədar olduğunu sübut etməyə çalışan Ketrin Zeta Cons daha bir filmlə diqqət çəkib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cazibədar aktrisa bu dəfə "Cocaine Godmother (kokain ilahəsi) adlı filmi üçün kameralar qarşısına keçib.
Rejissoru Gilermo Navarro olan filmdə Ketrin Zeta Consla bərabər Raul Mendez, Xuan Juan Pablo Espinosa və Cenni Pelliçer kimi məşhur simlar da rol alıb. Kino narkotik dünyasında "Kokain kraliçası" kimi tanınan Griselda Blankonun həyatından bəhs edir.
"Cocaine Godmotherdən bəzi səhnələr sosial şəbəkələrdə yayılıb. Filmdə K.Z.Cons xanım təfəmüqabili ilə öpüşməsi diqqətlərdən qaçmayıb. Cenny Pelliçer Ketrin Zeta Consın çox yaxşı öpüşdüyünü deyərək sensasion açıqlama verib.
1969-cu il təvəllüdlü cazibədar aktrisanın geniş müzakirəyə səbəb olan görüntülərini təqdim edirik.