"Beşiktaş"lı futbolçu Dusko Tosikin xanımı, serbiyalı müğənni Jelena Karleusa İnstaqram səhifəsində yeni foto paylaşıb.
Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, Jelena əri ilə çəkilmiş şəkli "Kişinin doğum günü qeydi ilə hesabında yerləşdirib.
Foto minlərlə insan tərəfindən bəyənilsə də, müğənni Ebru Polat "İkiniz də kişiyə oxşayırsız. Hansınızın ad günüdür? şərhini yazıb.
Bu şərh Karleusanın çox əsəbiləşdirib, o, şərhi pozub və Ebrunu dostluqdan silib.