Bu gün "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində maraqlı anlar baş verib.
Unikal.org xəbər verir ki, verilişdə bu gün "xanımların geyim dəbi" mövzusu müzakirə edilib.
Müzakirələrdə maraqlı məqamlar olub.
Çingiz Əhmədov şairə Ülviyə adlı xanıma geyimi ilə bağlı sual verib.
O deyib ki, özü həmmişə qapalı geyimə üstünlük verir: "Hesab edirəm ki, istər səhnə də və istərsə də evdə qadının sinəsi və ayaqları görsənməməlidir.
Azərbaycanlı gənc müğənni Dəniz Firudinli şairəyə etiraz olaraq cavab olaraq bildirib ki, qadının sinəsi görsənəndə nə olur ki?
"Üzr istəyirəm, hazırda mənim heç yerim görünmür. Hər bir insanın özünün zövqü və buna uyğun da geyimi var. Amma sizlə razı deyiləm ki, qadının sinəsi və ayaqları görünməz.