Unikal.org-un xarici KİV-ə istinadən dünyanın ən yaraşıqlı 10 kişisinin siyahısını təqdim edir:
Omar Borkan Al-Qala- inanmaq çətin olsa da, amma Omar çox cazibədar olduğu üçün hətta Səudiyyə Ərəbistanından qovulub. Onun qeyri-adi gözləri və gülüşü qadınları özünə cəlb edir.

Robert Pattinson- onun güclü xarizması məşhur aktyor və musiqiçi olmasına gətirib çıxarıb. Robert baxışları ilə daha çox diqqət çəkir.

Bred Pitt- uzun illər kişilər arasında ən yaraşıqlı olmağı ilə seçilib. Bredin ingilislərə məxsus gözləri və saç rəngi həmişə qadınların ona baxmağa vadar edib.

Kris Evans- aktyorun mavi gözləri və təbəssümü qadınarın ağlını başlarından alır.

Şahzadə Villiams- anası şahzadə Diananın gözəlliyi ona keçib. Gənc vaxtı daha çox qızları özünə heyran qoyurdu. Hazırda yaşlansa da, amma Villiamsın səmimi baxışları onun hələ də yaraşıqlı qalmağına səbəbdir.

Conni Depp- o, həmişə "pis oğlan görkəmində olsa da, amma cazibədarlığı ilə seçilməyi bacarır. Filmlərdə oynadığı obraz və geyindiyi kostyumlardan asılı olmayaraq, həmişə seksual görünür.

Riçard Gir- "Gözəlçə filmindən sonra bütün qadınların ürəyini fəth edib. Bəziləri isə hesab edir ki, Riçard yaşlaşdıqca daha cazibədar olur.

Xoakin Feniks- aktyorun təkrarolunmaz gözləri sanki qadınları hipnoz edir. Dodağının üstündəki xətt isə ona şarm və güc verir.

Ceremi Miks- illər əvvəl adi insan olan Ceremi, məhkum həyatı yaşayarkən şöhrətlənib.
Belə ki, onun fotosu polis idarələrindən birinin saytında yerləşdirldikdən sonra qadınlar Miksin nə qədər yaraşıqlı olduğunu göstərmək üçün bir-birilərinə onun şəklini yollamağa başlayıblar. Ceremi bundan sonra bir sıra model agentliklərin də diqqətini çəkib.

Censen Eykls- qadınlar onu nəinki yaraşıqlı, eyni zamanda çox seksual hesab edirlər. Onun gözlərində sanki müamma olduğunu qeyd edirlər.